Argentina prezidenti Xavyer Miley xarici işlər naziri Diana Mondinonu BMT Baş Assambleyasının ABŞ-ın Kubaya tətbiq etdiyi embarqonun ləğvi zərurətinə dair qətnaməsini dəstəklədikdən sonra vəzifəsindən azad edib.

Tezadlar.az xəbər verir ki, bu barədə TN kanalı məlumat yayıb.

BMT Baş Assambleyası ABŞ-ı Kubaya qarşı sanksiyaları ləğv etməyə çağıran qətnamə qəbul edib. Qətnaməni 187 ölkə, o cümlədən Rusiya dəstəkləyib. ABŞ və İsrail buna qarşı çıxıb, Moldova bitərəf qalıb.

TN xəbər verir ki, yeni xarici işlər naziri postuna Argentinanın ABŞ-dakı səfiri Xerardo Verteyn təyin olunacaq.

Hökumət həmçinin Xarici İşlər Nazirliyinin əməkdaşlarının icra hakimiyyətinin elan etdiyi prinsiplərə uyğunluğunu yoxlamaq üçün audit yoxlaması keçirmək niyyətindədir. Hakimiyyət “azadlıq prinsiplərinə düşmən olan gündəliyi təbliğ edənləri müəyyən etmək” niyyətindədir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN