Son zamanlar Rusiyanın Kazan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən "Azərbaycan Hava Yolları" QSC (AZAL) uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə

Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır. Tezadlar.az xatırladır ki, bu barədə AZAL administrasiyası məlumat yayıb. Sitat: "Bu istiqamət üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər. Bunun üçün onlar This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər".

AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri dəyişikliklər barədə məlumatlandıracaq.

Qeyd edək ki, AZAL ötən il dekabrın 25-dən etibarən Rusiyanın iki şəhərinə, dekabrın 28-dən isə səkkiz şəhərinə uçuşları dayandırıb. Bu qərar, AZAL-ın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin fiziki və texniki kənar müdaxilə nəticəsində baş verən qəzası ilə bağlı aparılan araşdırmaların ilkin nəticələri və uçuş təhlükəsizliyində yarana biləcək risklər nəzərə alınaraq qəbul edilib.

Uçuşların dayandırıldığı hava limanları bunlardır:

Qroznı

Mahaçqala

Mineralnıye Vodı
Soçi
Volqoqrad
Ufa
Samara
Saratov
Nijni Novqoroq
Vladiqafqaz

Bu qərar təhlükəsizliyi təmin etmək məqsədilə qəbul edilmiş və araşdırmalar yekunlaşana qədər qüvvədə qalacaqdır. Bu istiqamətə getmək istəyən sərnişinlər alternativ uçuş marşrutu seçməli olacaq.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN