“Məişət zorakılığı media müstəvisində” mövzusunda jurnalistlər üçün beynəlxalq təlimlərə başlanılıb.

9 oktyabr 2021-ci il tarixində "Məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi sahəsində dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin potensialının gücləndirilməsi" adlı Tvinninq layihəsi çərçivəsində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin və Avropa İttifaqının birgə təşkilatçılığı ilə “Məişət zorakılığı media müstəvisində” mövzusunda beynəlxalq təlimlərə başlanılıb.

Təlimlərin açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov zorakılıq hallarının cəmiyyətə təqdim edilməsi üzrə maarifləndirmənin yüksək səviyyədə həyata keçirilməsinin vacibliyini vurğulayıb. “Düşünürük ki, tvinninq layihələrinin uğuru çox olacaq. Eyni zamanda, dünyada medianın problemə yanaşması təcrübəsini görəcək və bundan gələcəkdə də istifadə edəcəyik. MEDIA Agentliyi gələcəkdə də bu tədbirlərdə dəstəyini verməyə hazırdır. Çünki kommunikasiyanın yaranması üçün media əsas amildir”, – deyə İcraçı direktor bildirib.

Təlimlərin təşkilində məqsəd məişət zorakılığı ilə bağlı qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində jurnalistlər və jurnalistika fakültəsinin tələbələri üçün bununla bağlı xəbərlərin düzgün işıqlandırılması, ictimaiyyətə dəstək mexanizmlərinə dair lazımi məlumatların çatdırılması, eləcə də gender bərabərliyi və gender əsaslı zorakılıq barədə biliklərin artırılmasıdır. 

Layihə çərçivəsində təlimləri Litva və Avstriyadan olan ekspertlər aparacaqlar. 

Təlimlər oktyabrın 22-dək davam edəcək və sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.

"TEZADLAR.AZ"

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN