Medianın İnkişafı Agentliyinin (MEDİA) fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirən Müşahidə Şurası üzvlərinin sayı azaldılıb.
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən, Agentliyin strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq ediləcək.
Fərmanla İcraçı direktorun müavinlərinin sayı 1-ə endirilib. Bundan əvvəl icraçı direktorun 2 müavini var idi. Müşahidə Şurası üzvlərinin sayı 6 nəzərdə tutulmuşdu. İndi isə bu say 4-ə endirilib.
"TEZADLAR.AZ" Fərmanın mətnini təqdim edir:
1. “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 19, № 3, maddə 231) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 5.1-ci bənddə “6 (altı)” sözləri “4 (dörd)” sözləri ilə əvəz edilsin;
1.2. 6.1.5-ci yarımbənd ləğv edilsin;
1.3. 6.2.1-ci yarımbənd 6.2.2-ci yarımbənd hesab olunsun və aşağıdakı məzmunda 6.2.1-ci yarımbənd əlavə edilsin:
“6.2.1. Agentliyin strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiqi;”;
1.4. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” üzrə:
1.4.1. 4.4-cü bənddə “6 (altı)” sözləri “4 (dörd)” sözləri ilə əvəz edilsin;
1.4.2. 4.7.4-сü yarımbənddə “və əməyin ödənişi fondunu təsdiq etmək, işçilərinin say həddinə və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinə dair təkliflər vermək” sözləri “, əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək” sözləri ilə əvəz edilsin;
1.4.3. 4.19-cu bəndin üçüncü cümləsində “iki” sözü “bir” sözü ilə əvəz edilsin;
1.4.4. 4.20-ci bənddə “, müvafiq əmrlə onun müavinlərindən biri onu əvəz” sözləri “onun səlahiyyətlərini müvafiq əmrlə onun müavini icra” sözləri ilə əvəz edilsin;
1.4.5. 4.21-ci bənddə “müavinləri” sözü “müavini” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.