“Ququti” gömrük-keçid məntəqəsindən
Gürcüstana
külli miqdarda xarici valyuta daxil etmək istəyən Ermənistan vətəndaşı saxlanılıb.
"TEZADLAR.AZ" Gürcüstan KİV-nə istinadən xəbər verir ki bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb. Məlumata əsasən, Ermənistan vətəndaşı H.S-nın idarə etdiyi avtomobilə və əl yüklərinə baxış keçirilən zaman ümumi dəyəri 103.603 lari dəyərində bəyan edilməmiş ABŞ dolları və rus rubulu aşkarlanıb. Faktla bağlı Ermənistan vətəndaşına qarşı 10 360,3 lari məbləğində cərimə tətbiq olunub.