Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM)  Baş Dövlət Yol Polisinin, yoxsa DİN-nin rəqəmsal sektorunun kurasiyasında olacaq?

Tanınmış ekspert Osman Gündüz bu suala belə aydınlıq gətirdi:

-Xatırladım ki, bir müddət əvvəl Prezidentin imzaladığı fərmanla "Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi” MMMC DİN-in tabeliyinə verildi. Bu qurum əvvəllər Bakı Nəqliyyat Agentliyinin tabeliyində olmuşdu. Bu gün-aprelin 27-də daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Namidan Piriyev Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin rəhbəri təyin edildi. Gözlənti o idi ki, NİİM DİN-nin İKT ilə əlaqəli qurumun kurasiyasına veriləcək. Amma belə olmadı… Əslində, mahiyyətcə bu daha məntiqli və daha doğru addım olardı. Hazırda NİİM -in rəqəmsal transformasiyasına, nəqliyyatın rəqəmsal həllər vasitəsilə tənzimlənməsinə ciddi ehtiyac var. Qurum trafikin izlənməsi, ağıllı svetafor sistemi, naviqasiya sistemi və tıxaclarla bağlı rəqəmsal xəbərdarlıq sistemləri hazırlamalıdır. Xatırladıram ki, DİN-nin Baş İKT İdarəsi yetərincə peşəkarlara malik struktur kimi tanınır. İAMAS və bir çox faydalı dövlət rəqəmsal həlləri də bu strukturun nəzarətindədir. İstənilən halda, ümid edirəm Baş Dövlət Yol Polisi və Baş İKT idarəsi birgə nəqliyyatın həqiqətən də rəqəmsal idarəetmə sistemini qura biləcəklər…

Y.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN