"Təzadlar" dəfələrlə Bakının məşhur "Torqovıy" küçəsindəki biabırçılıqdan yazıb...
Amma nə fayda, sanki bu küçənin və onun bəzi "sakinləri"nin toxunuzlmazlığı var, kimsə burada baş verənlərin fərqində deyil. Söhbət "Tərqovı"da at oynadan fahişələrin hələ də yeməyi əl ilə yeyən, sauna və hamam nə olduğunu Bakıda öyrənən ərəblərlə olan hoqqabazlığından gedir. Adətən insan alveri ilə mübarizə aparan polislərimizin işini yüksək qiymətləndirib ictimaiyyət. Amma bu küçədə şəxsi həyat prinsiplərindən, insan azadlığından yox, bəzi üzdəniraq "xanımların" açıq fahişəlik texnologiyasından söhbət gedir. Çünki bura ictimai yerdir. Orada ailəsi ilə, körpələri, məktəbliləri ilə... gəzən ailələr var. Bəs biz nə vaxtadək indiyədək qoruyub saxladığımız milli hissiyatımızı, mədəniyyətimizi, bir az da dərinə getsək, namusumuzu, əxlaqımızı hansısa bir avara ərəbin 5-10 dollarına qurban verməliyik? Və qurban verənlər də ən azı qanı hələ soyumamış şəhidlərimizin ruhu qarşısında məsuliyyətlərini belə hiss etmirlər. Qadınsan, fahişəsən deyə, istədiyini etməlisən??? Sabah həmin o zırrama ərəb də gedib status paylaşsın ki, Bakıda kişilərin sayı az olduğundan qadınlar bizə sarmaşırdı!!! Bunu eşitmək istəyirsiniz???
***
Tanınmış yazıçı Elçin Hüseynbəylinin bir statusu diqqətimizi çəkdi. Yazır: "...Bu cür statusları yazmağı xoşlamıram, amma bu dəfə özümü məcbur elədim. Mənim "Tarqovı"dan yolum düşən deyil, ancaq bu dəfə Şeytan aldatdı, yəqin. Axşam gördüklərimdən heyrətə gəldim. Bu küçə, sanki hansısa bir mifik-fahişə şəhərin guşələrindən biriydi. Hara baxırsan ərəb və onların qoluna girən fahişəkimilər. Mağaza və kafelərdə yalnız ərəb musiqisi. Bir zamanlar Braziliyanın paytaxtını pozğunluqda ad çıxartdığına görə dəyişmişdilər. Mən mağazalardan birinə girdim və ərəb musiqisini türk musiqisinə dəyişdirdim. Təbii, əsəbi şəkildə. Cavid Zeynallı şahidlik edə bilər. Bu biabırçılığa son qoyulmalıdır və təbii ki, bunun günahkarı Bakı şəhər rəhbərliyi və polisdir. Bu məsələlərdə müsəlmançılığı araya soxmağın yeri də yoxdur. Ərəblər özləri də bir p..a yaramırlar!".
İnanırıq ki, paytaxt rəhbərliyi və Səbayel rayon Polis İdarəsinin rəisi bu biabırçılığı nəzarətə götürəcək. Deyəsən, bəziləri 30 illik erməni işğalına son qoyan, erməniləri Qarabağdan iti qovan kimi qovan bu xalqın kimliyini ötən ilyarımda yaddan çıxarıb...
Asif MƏRZİLİ