Bu gün "Təzadlar" daha bir istəkli qonağı qarşıladı...

Belə ki, Türkiyə Respublikası "Kahramanmaraş- Azərbaycan Təhsil, Mədəniyyət və Həmrəylik" Dərnəyinin sədri Tural Şahbazlı “Təzadlar”ın qonağı oldu...

Tural bəy olduqca vətənpərvər gəncdir, uzun illərdir Türkiyədə yaşayır. Onun təşəbbüsü və dəstəyi ilə Kahramanmaraş şəhərində Xocalı parkı salınıb, parkda Xocalı abidəsi qoyulub. 2019-cu ildə həmin açılış törənində mən də iştirak etmişəm...

Tural Şahbazlı Azərbaycanın təbliğatçısı kimi daim səy göstərir, iki ölkənin uğurlarının dünya mediasında yayılması istiqamətində əlindən gələni edir. Onun şəxsi təşəbbüsü və vəsaiti hesabına Azərbaycanın ictimai-mədəni həyatına həsr olunmuş neçə-neçə maraqlı layihələr həyata keçirilib.

T.Şahbazlı ilə eksklüziv müsahibə "Təzadlar"ın növbəti sayında dərc ediləcək...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN