Bu gün Azərbaycanda fəaliyyət göstərən bəzi siyasi partiyaların rəhbərləri və bir qrup politoloqun işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb.

Tezadlar.az bildirir ki, Prezident Administrasiyasının təşkilatçılığı ilə həyata keçirilən səfərdə 40 siyasi partiyanın 46 nümayəndəsi, həmçinin 6 tanınmış politoloq, siyasi şərhçi və 19 jurnalist iştirak edir. Onlar əvvəlcə Cəbrayıl rayonuna səfər edəcəklər. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələri tərəfindən iştirakçılara aparılan minatəmizləmə fəaliyyəti barədə geniş məlumat veriləcək. Daha sonra isə partiya sədrləri Zəngilan rayonuna yola düşəcəklər. Onlar rayonda aparılan bərpa-quruculuq layihələri ilə yaxından tanış olacaqlar. Hansı ki, bu, iqtidar və müxalifət nümayəndələrinin azad edilmiş ərazilərə sayca dördüncü səfəridir.

***

Bəli, Ermənistanın işğal etdiyi ərazilər azad ediləndən sonra viran qalmış yurd yerlərimizə səfərlərin sayı çoxalıb. Belə səfərlər isə ictimai məlumatların çoxluğuna və obyektivliyinə xidmət edir... Amma zaman keçdikcə həmin ərazilər bərpa edilir. Deməli, erməni işğalçıların izi getdikcə itir. Bu isə o deməkdir ki, indi həmin dağıntıların miqyasını gələcək nəsillərə və dünya ictimaiyyətinə çatdırmaq üçün bu ərazilərdəki dağıntıları daha çox arxivləşdirmək lazımdır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN