LƏNKƏRANDA "CƏNUB BÖLGƏSİ MULTİKULTURAL DƏYƏRLƏR SİSTEMİNDƏ" MÖVZUSUNDA ELMİ SEMİNAR KEÇİRİLİB
Noyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Lənkəran Regional Elmi Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran regional bölməsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Lənkəran bölgəsi üzrə qazılığının birgə təşkilatçılığı ilə "Cənub bölgəsi multikultural dəyərlər sistemində" mövzusunda elmi seminar keçirilib.