ABŞ prezidenti Donald Trampın Rusiya ilə razılıq əldə etmək planları NATO təhlükəsizliyinə təhdid yaradır.

Tezadlar.az bildirir ki, “Financial Times” bu barədə Britaniya rəsmisinə istinadən xəbər verir.

“Tramp ABŞ-ın Avropa təhlükəsizliyinə zəmanətini şübhə altına aldı. Seçilmiş prezident NATO-dan çıxmaya bilər, lakin onun Putinlə sövdələşməyə can atması alyansı ciddi şəkildə sarsıdacağını vəd edir”, – nəşrin adının açıqlanmayan həmsöhbəti bildirib.

Bundan əlavə, məqalədə vurğulanır ki, hazırda NATO Britaniya təhlükəsizliyinin əsasını təşkil edir və Londonun alyansa alternativi yoxdur. Üstəlik, Ukraynadakı hazırkı münaqişə Soyuq Müharibə dövründə SSRİ ilə ABŞ arasındakı qarşıdurmadan qat-qat təhlükəli hesab olunur.

Əvvəllər Britaniya ordusu Avropada uzunmüddətli müharibə aparmaqda çətinlik çəkirdi. Bu məqsədlə Britaniya qoşunlarının kifayət qədər sayları və daxili uyğunluğu yoxdur.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN