İraqın baş naziri Mustafa əl-Kazımi paytaxt Bağdadda etiraz aksiyalarının qarşısının alınması üçün güc strukturlarının yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi barədə tapşırıq verib.

Pin It

Ağdaş şəhərində ümumi sahəsi 460 m² olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 40 m² sahədə və dam örtüyü 190 m² sahədə yanıb.

Pin It

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəmə iclası davam etdirilib.

Pin It

ABŞ-ın iki yüksək rütbəli rəsmisi CNN-ə bildirib ki, Ukrayna qüvvələri əhəmiyyətli əks-hücuma hazırlamaq üçün ölkənin cənubunda "formalandırma" əməliyyatlarına başlayıb.

Pin It

1Xəbər 1Şərh kanalının redaksiyamıza göndərdiyi yazını olduğu kimi təqdim edirik:

Bu "karqo" artıq neçənci dəfədir ki, vətəndaşlara "tor qurur". Mediada bir neçə dəfə ifşa olunmasına baxmayaraq, “şirkət” sosial medianın pullu reklam imkanından istifadə edərək, hər dəfə yeni müştəriləri “cənginə keçirməyə” davam edir.

Xatırladaq ki, “Koli”nin ən son bir neçə ay öncə "Ulduzum" adlanan kampaniyası gündəmə gəlmiş və ciddi ajiotaj yaradaraq, 50-dən çox saytda paylaşılmışdı. Həmin kampaniyada “şirkət”, bilərəkdən boşluqlar buraxaraq, sonradan vəd etdiklərini verməmək üçün "əl yeri" qoymuşdu.

Məhz İlkin Hüseynov adlı müştəri, səssiz çoxluğun ətalətini sındıraraq, “Koli”ni ifşa etmişdi.

Lakin, bir "şirkət"in "mayası" əgər saxtakarlıqdan "yoğrulubsa", onda, necə deyərlər, aldadan kampaniyaya tövbə yoxdur.

“Koli”-dən edilən çoxsaylı müştəri şikayətlərindən məlum olur ki, Türkiyədən çatdırılma üçün vəd edilən "3 gün" və ABŞ-dan çatdırılma üçün vəd edilən "5 gün" , əslində, bir TƏLƏdir!

“Şirkət”in instaqram səhifəsinə yazılan etirazlara verdikləri cavabda özləri də etiraf edirlər ki, onlar üçün saxtakarlıq və yalan, normal "metoddur". Və bunu nəinki qəbahət bilmirlər, hətta məharət hesab edirlər!

Etiraz edəndə də, "Gedib İqtisadiyyat Nazirliyinə şikayət edə bilərsiniz" deyirlər...

Bu yerdə, təbii ki, ortaya sual çıxır: BƏS, MÜVAFİQ DÖVLƏT QURUMU HARA BAXIR, MİNLƏRCƏ MÜŞTƏRİNİN ALDADILMASINI VƏ ZİYANA UĞRAMASINI NİYƏ GÖRMÜR?

Bəli, doğrudan da, axı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti deyə bir qurum var. Və elə bu yaxınlarda məlum oldu ki, bu qurum bir marketi hansısa şüara görə, ("Ən ucuz Marketik!") sərt cəzalandırıb və 2.5 milyon cərimələyib .

Yaxşı, bəs, nəyə görə fırıldaqçılığı marketinq formasında tətbiq edən "Koli" barədə ölçü götürülmür?

Müştərilərin bildirdiyinə görə, sözügedən "karqo"nun saxtakarlıqları barədə müvafiq quruma dəfələrlə müraciətlər edilməsinə baxmayaraq, şablon cavablar gəlir və "yola verilir".

Senari adətən bu cür baş verir:

"Ciddi" şikayət olanda bu şikayəti "Koli"-yə yönəldirlər. "Koli" əgər "kefinə düşsə", vətəndaşa dəyən zərəri ödəyir, yox, uyğun bilməsə, "heç bir qayda pozuntusuna yol vermədiyini" cavab şəklində göndərir. Qurum da, "Koli"-nin cavabını olduğu kimi vətəndaşa göndərir və "hər şeyin normal olduğunu" bildirir. Vətəndaş əgər çox dirənsə, o zaman "məhkəməyə müraciət edə bilərsiniz" cavabını göndərirlər və beləcə, əl-ələ verib məsuliyyətdən boyun qaçırırlar. Olan isə vətəndaşa olur...

Qeyd edək ki, bu sujeti hazırlamadan öncə, sözügedən dövlət qurumuna zəng edib, ədalət naminə onların da fikrini almaq istədiyimizi bildirdik.Lakin, daha bir şokla qarşılaşdıq. Belə ki, operator qurumun mediaya qapalı olduğunu bildirdi. (!) İsrar edib, rəhbər heyətdən kimisə bağlamağı xahiş etdik. Bunun mümkün olmadığını bildirdilər! (!)

Sual olunur: İstehlakçıların hüququnu qorumalı olan qurum və onun rəhbəri mediadan niyə qaçır? Görəsən, daha nə baş verməlidir ki, "Koli" adlı fırıldaq şirkətə sanksiya tətbiq edilsin? Daha neçə vətəndaş aldadılmalıdır ki, "cəza həddinə" çatılsın? 10 min, 100 min, ya 1 milyon?...

Belə...

Göründüyü kimi, "Koli" "Hər kəsi 1 dəfə aldatsaq, bəsimizdir" "strategiyasını" tətbiq edir. Və onların bu planını, görünür ki, ancaq vətəndaş-media işbirliyi poza bilər. Ümumiyyətlə, haqqı pozulan hər bir müştəri dövlət qurumuna şikayətini bildirməlidir, lakin bununla kifayətlənməməlidir. Mediaya da müraciət etməli və problemini ölkə gündəminə gətirmək şansını istifadə etməlidir. Bunu ən azı ona görə etmək lazımdır ki, digər müştərilər aldadılmaqdan qorunsun və karqonun iç-üzünü cəmiyyət tanısın. Zatən əgər fırıldaqları mediada, sosial şəbəkələrdə mütəmadi gündəmə gəlsə, çox keçmədən həmin karqonu hamı tanıyacaq və beləcə, onların aldadıcı reklamları da təsirsiz qalacaq!

P.S. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN