"BƏZİ MƏMURLAR DEYİR Kİ, MÜHARİBƏ ƏLİLLƏRİNƏ DİQQƏT OLUNUR, AMMA..." - QARABAĞ QAZİSİ
Redaksiyamıza müraciət edən Astaranın Kələdəhnə kəndində yaşayan birinci qrup Qarabağ əlili Nizami İsmayılov səhhətində ciddi problemlər yarandığını bildirir. Onun sözlərinə görə, qaraciyərində bərkimə prosesi gedir, əgər vaxtında qarşısı alınmasa, serroza çevrilmə təhlükəsi var: “Böyrəklərimin ağrısından yerdə sürünürəm. Bir ayağım dizdən aşağı kəsilib, bədənim qəlpələrlə doludur, ağrılara dözmək olmur, maddi imkanım yalnız ağrıkəsicilər almağa yetir”.