Ukraynadan endirilən raket hücumları və mərmilərə görə Xarkov vilayətinin Kupyansk şəhəri, İzyumski və Kupyanski rayonlarından uşaq və qadınlar təxliyə edilir.
Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bu barədə regionun hərbi-mülki administrasiyasının (HMA) rəhbəri Vitali Qançev bildirib.
"Bu gün Kupyansk şəhərində vəziyyət elədir ki, şəhərin Ukrayna silahlı qüvvələrinin raket hücumlarına məruz qalması səbəbindən biz sadəcə olaraq əhalinin, ən azı uşaqların, qadınların təxliyyəsini təmin etməyə məcburuq. Bu, demək olar ki, bütün Kupyanski, İzyumski rayonlarına aiddir. Hücumlar əhaliyə ciddi maddi və mənəvi ziyan vurub”, - Qançev deyib.
Qançev bir müddət əvvəl Balakleya və İzyumun davamlı atəşə tutulduğunu bildirmişdi. O, həmçinin Xarkov vilayətinin şimalında, o cümlədən Rusiya ilə sərhəddə mərmilərin intensivliyinin artdığını qeyd edib.
Rusiya və Luqansk qüvvələrinin nəzarəti altında Volçansk, İzyum, Kupyansk rayon administrasiyaları və CAA-ya tabe olan Kazaçya Lopan kəndi ilə Xarkov vilayətinin bir hissəsidir.
Qançevin əvvəllər verdiyi məlumata görə, rayon ərazisinin 20%-i nəzarətə götürülüb.
E.ŞİRİNOV