...Matəm təxminən sentyabrın 25-26-dək davam etməlidir.

Böyük Britaniya kraliçası II Elizabetin ölümü ilə ümummilli matəm bu gün başlayıb və onun dəfnindən sonra yeddi gün davam edəcək.

Bu barədə Bukingem Sarayının bəyanatında deyilir.

"Əlahəzrət Kraliçanın vəfatından sonra Əlahəzrət Kral (III Çarlz) matəm müddətinin Kraliçanın dəfnindən sonra daha yeddi gün davam etməsini arzuladığını bildirib", - məlumatda deyilir  (TASS).

Həmçinin kraliçanın dəfn mərasiminin tarixinin hələ müəyyən edilmədiyi və müvafiq qərarın “uyğun zamanda” veriləcəyi bildirilir.

 Dəfn mərasiminin təxmini tarixi, əvvəllər paylanmış matəm tədbirləri planına görə, monarxın ölümündən sonra 10-cu gün idi. Beləliklə, matəm təxminən sentyabrın 25-26-dək davam etməlidir.

***

Xatırladaq ki, Böyük Britaniyanı 70 ildən çox idarə edən kraliça II Yelizaveta ötən gün axşam saatlarında vəfat edib.

Elizabet Aleksandra Mariya Vindzor  21 aprel 1926-cı ildə anadan olub.

13 yaşında Elizabet Dortmut hərbi-dəniz məktəbinin kadeti, kraliça Viktoriyanın kötücəsi, şahzadə Andrey Qreçeskinin oğlu Filip Mauntbettenlə tanış olur. 1947-ci ildə onunla ailə həyatı qurur və Filip Edinburq hersoqu titulunu alır. Onların bu evlilikdən dörd övladı dünyaya gəlmişdi: şahzadə Çarlz, şahzadə Anna, şahzadə Endrü və şahzadə Eduard.

Kraliça hələ iyulun əvvəlində kral vəzifələrinin bir hissəsini dördüncü övladına - şahzadə Çarlza təhvil vermişdi.

Kraliçanın ölümündən dərhal sonra Şahzadə Çarlz  yeni monarx oldu.

Çarlzın tacqoyma mərasimi ən qısa zamanda Londondakı  Saint  James Sarayında keçiriləcəyi bildirilir.

Qeyd edək ki, Britaniyanın baş naziri Liz Truss kraliça II Elizabetin   ölümü ilə əlaqədar xalqa müraciəti zamanı yeni kralın özünə III Çarlz adını aldığını açıqlayıb.

 

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN