Rus qoşunları təşviş içində Xarkov vilayətindən texnikalarını qoyub qaçıblar.

Tezadlar.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının xülasəsində deyilir.

Qeyd olunur ki, Rusiya qoşunları əsasən Oskol çayının qərbindəki ərazidən geri çəkilib. Ukrayna qoşunları Xarkov vilayətinin yeni azad edilmiş əraziləri üzərində nəzarəti gücləndirməkdə davam edir.

"Son bir həftə ərzində Rusiya qoşunlarının çıxarılması müxtəlif olub. Bəzi bölmələr nisbətən yaxşı qaydada və nəzarət altında geri çəkilib, digərləri isə tam çaxnaşma içində qaçıblar. Geri çəkilmə zamanı rus qoşunlarının geridə qoyduğu bahalı texnikaya rus artilleriya üslubunu dəstəkləmək üçün lazım olan vəsait daxil idi. Onların arasında bir “Zoopark” əks batareya radarı və ən azı bir IV14 artilleriya nəzarət maşını var”, -  xülasədə bildirilir.

Britaniya kəşfiyyatı qeyd edir ki, bu, bəzi rus bölmələrinin geri çəkilməsinin qeyri-mütəşəkkil olduğunu, yerli komandanlıq və nəzarətdə uğursuzluqların olduğunu göstərir.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı cənubda və Xarkov vilayətində davam edir. Baş Qərargah işğaldan azad edilən onlarla kənd haqqında məlumat verir.

Sentyabrın 14-ü axşam saatlarına olan məlumata görə, Ukrayna Müdafiə Qüvvələri Xarkov vilayətində artıq 8500 kvadrat kilometrə yaxın ərazini, o cümlədən, rayonda 388-ə yaxın yaşayış məntəqəsini azad edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN