Almaniyanın xarici işlər naziri Annalena Berbok Polşanın İkinci Dünya Müharibəsi zamanı
ölkəyə dəymiş ziyana görə milyardlarla təzminat tələbini rədd edib.
Bu barədə “Bild” nəşri yazıb.
Berbok Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə Varşavada keçirdiyi birgə mətbuat konfransında təzminat məsələsinin Almaniya üçün “qapanmış” olduğunu bildirib.
Beləliklə, o, Almaniyanın uzun illərdir qüvvədə olan və Polşadan təzminat tələb etmək üçün hüquqi əsasların olmamasından ibarət rəsmi mövqeyini təsdiqlədi.
Qeyd edək ki, ötən gün Polşa Xarici İşlər Nazirliyi Berlinə diplomatik nota göndərərək, İkinci Dünya Müharibəsi zamanı dəymiş ziyanın ödənilməsini tələb edib.
Sənəddə deyilir ki, tərəflər “1939-1945-ci illərdə təcavüzün və alman işğalının nəticələrinin daimi həlli” üçün tədbirlər görməlidir.
Xatırladaq ki, sentyabrın 1-də Polşada İkinci Dünya Müharibəsində Almaniyanın təcavüzü nəticəsində ölkənin məruz qaldığı hərbi itkilərin ödənilməsi ilə bağlı hesabat təqdim edilib.
Polşa öz itkisini 6,2 trilyon zloti (1,32 trilyon dollar) dəyərində qiymətləndirir ki, bu da 1, 32 trilyon dollara bərabərdir.
***
Qeyd edək ki, Polşanın təzminat tələbi 2019-cu ildə 900 milyard dollar idi. Belə ki, o zaman Polşa Seyminin deputatı və kompensasiya məbləğinin qiymətləndirilməsi ilə məşğul olan parlament qrupunun üzvü, Yanuş Çevçak açıqlamışdı ki, Almaniya Polşaya İkinci Dünya müharibəsi zamanı dəyən zərərə görə ən azı 900 milyard dollar təzminat ödəməlidir.
Görünür ki, vaxt keçdikcə məbləğ də artır...
JASMİN