Rus döyüşçüləri Zaporojyeyə raket zərbəsi endiriblər.
Bu barədə Zaporojye Regional Hərbi Administrasiyanın (RHA) sədri Oleksandr Starux məlumat verib.
"Düşmən rayon mərkəzinə raket zərbəsi endirib. Hava hücumundan müdafiə qüvvələri işləyir. Sığınacaqlarda qalın. Təkrar hücumlar riski var", - Starux insanları xəbərdar edib.
Dağıntılar və qurbanlar barədə məlumat verilmir.
Xatırladaq ki, bundan əvvəl ruslar oktyabrın 3-də Zaporojyeni atəşə tutublar. Daha sonra düşmənin atəşə tutması nəticəsində şəhərin infrastrukturu dağıdılıb, bir nəfər yaralanıb.
E.ŞİRİNOV