Moskvanın Kassasiya Məhkəməsi Aleksey Navalnıya qarşı məhkəməyə hörmətsizlik və dələduzluq işi üzrə hökmdən verilən apellyasiya şikayətini təmin etməyib.
Bu barədə TASS-ın müxbiri xəbər verib.
“Müdafiə tərəfinin şikayəti təmin edilmədən, birinci və apellyasiya instansiyası məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılsın”, - hakim qərarı elan edib.
Navalnı görüşdə cəza çəkdiyi sərt rejimli koloniyadan videobağlantı vasitəsilə iştirak edib. Müdafiə tərəfi hökmün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını istəyib.
Öz növbəsində, prokurorluğun nümayəndəsi məhkəmədən hökmün dəyişdirilmədən saxlanılmasını istəyib. “Dövlət ittihamçısı hesab edir ki, hökm qanuna uyğun çıxarılıb və dəyişdirilə bilməz və müdafiə tərəfinin şikayəti təmin edilib”, - prokuror bildirib.
Bundan əvvəl Moskvanın Lefortovo Məhkəməsi Navalnıyı seçki kampaniyası üçün vəsait toplamaqda saxtakarlıqda və hakimi təhqir etməkdə təqsirli bilərək, ciddi rejimli koloniyada 9 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə həmçinin onu koloniyadan azad edildikdən sonra 1 il 8 ay müddətinə azadlığının məhdudlaşdırılması və 1,2 milyon rubl məbləğində cərimələnməsi barədə qərar çıxarıb. Cəza onun əvvəllər dələduzluq və veterana böhtan atma işi üzrə məhkumluğu nəzərə alınaraq təyin edilib.
Əvvəllər iki dəfə həbs edilmiş Navalnı İv Roşe işi üzrə cəzaçəkmə şərtlərini dəfələrlə pozduğuna görə axtarışa verilib. O, müalicə aldığı Almaniyadan qayıtdıqdan sonra 2021-ci il yanvarın 17-də Şeremetyevo hava limanında saxlanılıb və həmin il fevralın 2-də məhkəmə onu cəzaçəkmə müəssisəsində 3,5 il şərti cəza ilə əvəz edib.
E.ŞİRİNOV