Rusiya Federasiyasının elm və ali təhsil nazirinin müavini Qriqori Qurov etiraf edib ki,
Rusiya Federasiyasında qismən səfərbərlik zamanı Donetsk və Luqansk vilayətlərinin müvəqqəti işğal olunmuş ərazilərindən 3 mindən çox tələbə qanunsuz hərbi xidmətə çağırılıb.
Qurov Gənc Alimlərin Qurultayında qeyd edib ki, tələbələr artıq tərxis olunublar.
"İndi ordudan tərxis olunan uşaqlarla bağlı böyük bir vəzifə var. 3 mindən çox insanımız var, biz keçən həftə rektorlarla görüşdük və indi görülməli olan tədbirləri, bütün tələbə tədbirlərini müzakirə etdik", - Qurov deyib.
Xatirladaq ki, ötən gün Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya Federasiyasının ərazisində 2023-cü ilin yanvar-fevral aylarına planlaşdırılan növbəti səfərbərlik dalğasına hazırlıq getdiyi barədə məlumat yaymışdı.
Məlumatda, həmçinin qeyd edilirdi ki, Rusiya Ukraynaya qarşı başladığı müharibədə itkilərin əvəzini çıxmaq üçün Rusiya Federasiyası ali hərbi təhsil müəssisələrinin kursantlarının vaxtından əvvəl buraxılmasını planlaşdırır.
Y.MƏMMƏDLİ