İctimai Rəy Fondunun keçirdiyi sorğunun nəticələrinə görə,

rusiyalıların 76%-i Rusiya prezidenti Vladimir Putinə güvənir, sorğuda iştirak edənlərin 15%-i Rusiya liderinə etibar etməkdən imtina edib, 9%-i cavab verməkdə çətinlik çəkib.

Həmçinin respondentlərin əksəriyyəti (77%) hesab edir ki, prezident öz vəzifəsində daha yaxşı işləyir, 11% respondent Putinin işini qeyri-qənaətbəxş qiymətləndirib, eyni sayda respondent isə suala cavab verməkdə çətinlik çəkib.

Rusiyanın İctimai Rər Fondunun  sorğusu noyabrın 25-27-də Rusiyanın 53 regionunun 104 yaşayış məntəqəsində yaşı 18 və yuxarı olan 1,5 min respondent arasında keçirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Vladimir Putinin mətbuat katibi Dmitri Peskov da ölkəsində liderinə olan güvənin yüksək olduğunu və bu mənada RF-də keçirilmiş rəy sorğusundan da sitat gətirib.

Peskov diqqətə çatdırıb ki, rusiyalıların 78,7 faizi Rusiya Federasiyasının prezidentinə güvənir və 75 faizi onun fəaliyyətini bəyənir.

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN