Rusiya prezidenti Vladimir Putin vaxtilə dulusçuluqla məşğul olub.
Bu barədə o, dekabrın 2-də "Abilimpiada" çempionatının iştirakçısı ilə söhbətində deyib.
Bu il qız "dulusçuluq" ixtisası üzrə müsabiqənin qalibi olub. Rusiyalı qadın əldə etdiyi nailiyyət xəbərini dövlət başçısı ilə bölüşüb.
"Mən də bir dəfə bunu etməyə çalışdım, amma bu, çoxdan olub", - Putin gülümsəyərək etiraf edib.
"Bəli, şəkillərinizi gördüm" deyən həmsöhbət gülərək cavab verib.
Xatırladaq ki, dekabrın 2-də Rusiya lideri rusiyalı əlillər və ictimai təşkilatların nümayəndələri ilə video vasitəsilə əlaqə saxlayıb. O, əlillərin problemlərinə dövlətin diqqətinin artdığını qeyd edib.
Dövlət başçısı həmçinin Xüsusi Hərbi Əməliyyat zonasında yaralanan əsgər və zabitlərə hərtərəfli yardım göstərilməsinə çağırıb və onlar üçün reabilitasiya mərkəzinin yaradılmasını dəstəkləyib.
E.ŞİRİNOV