Moskvanın Lyublinskaya küçəsində avtobusla minik avtomobilinin toqquşması nəticəsində 12 nəfər xəsarət alıb.
Bu barədə REN TV-dəki mənbə bildirib.
Məlumata görə, 4-ü azyaşlı olmaqla 11 nəfər xəstəxanaya yerləşdirilib. Həkimlər zərərçəkənlərə əzilmiş xəsarətlər, sınıqlar və beyin silkələnməsi diaqnozu qoyublar. Bir nəfər xəstəxanaya yerləşdirilməkdən imtina edib və hadisə yerində həkimlər tərəfindən müayinə olunub.
E.ŞİRİNOV