Tatarıstanın əməkdar artisti Elmira Süleymanovanın ölümünə səbəb infarkt olub. Müğənni dekabrın 16-na keçən gecə 41 yaşında dünyasını dəyişib.
“Çelninskiye İzvestiya” xəbər verir ki, son günlər qadın özünü pis hiss edib və şiddətli öskürəkdən əziyyət çəkib. Lakin Süleymanova həkimlərə getməsə də, növbəti konsertlərini ləğv edib.
Sənətçi yuxuda ikən ölüb. Ailənin doqquz yaşlı oğlu və 16 yaşlı qızı qalıb.
Pop müğənnisi ilə vida mərasimi dekabrın 17-də doğma şəhəri - Naberejnıye Çelnıda keçiriləcək.
Elmira Süleymanova 1982-ci il fevralın 5-də anadan olub. 2016-cı ildə Elmira "Tamaşaçıların Sevgisi" nominasiyasında illik TMTV kanalı mükafatını qazanıb. Müğənni dəfələrlə “Tatar mahnısı” müsabiqəsinin laureatı olub. 2018-ci ildə Tatarıstan Respublikasının əməkdar artisti adına layiq görülüb.
E.ŞİRİNOV