"Ağılsız emosiyalar və nifrət Avropanı böyük təhlükə qarşısında qoyur".
Xorvatiya prezidenti Zoran Milanoviç Kosovodakı vəziyyəti Krımın ilhaqı ilə müqayisə etməməyə çağırıb.
Bu barədə RTS teleradioşirkəti məlumat yayıb.
O, vurğulayıb ki, Serbiya və Rusiya eyni deyil.
“Təəssüf ki, bu, ağrılı fakt və təhlükədir. Biz Kosovonu ilhaq etdik. Biz və beynəlxalq ictimaiyyət. Onu Serbiyadan aldılar. Bunu biz deyilsə, kim etdi? Məgər biz Kosovonu tanıdıq? Bu ilhaq deyil, qəsbdir. Bu necə adlanır? Geri çəkilmək”, - deyə Milanoviç xorvat əsgərlərinin kontingentinin Litvadakı NATO missiyasına yola salınması zamanı bildirib.
Milanoviçin fikrincə, bu, kiminsə haqqı olduğuna inandığı bir anlayışdır.
"Eyni şey Krıma da aiddir - Krım bir daha Ukrayna olmayacaq. Almaniyanın aparıcı generalları belə deyirlər", - o deyib.
O, bəyan edib ki, “Rusiya təhlükəli ölkədir” və onun sözlərinə görə, bunu heç kim başa düşmür.
"Siz serbləri dünyanın nüvə fövqəldövləti ilə müqayisə edirsiniz. Ağılsız emosiyalar və nifrət Avropanı böyük təhlükə qarşısında qoyur", - o, deyib.
O, vurğulayıb ki, ukraynalıların ruslara patoloji olaraq nifrət etməsi faktdır, "xorvatların serblərə o qədər də nifrət etmədiyini" iddia edərkən, onun sözlərinə görə, "orada olanlar ruslara nifrət edir".
“Putin və xalqı dünənə qədər sərt idi. Onlar Almaniya siyasətinin ən yüksək səviyyəsində uğur qazandılar. Və birdən-birə ən böyük düşmənə çevrildilər... Alman tankları Rusiyada? Yaxşı, uğurlar, uğurlar", - Milanoviç deyib.
Y.MƏMMƏDLİ