Bu gün gecə Türkiyənin cənubundakı Antalya turizm vilayətinə yağan qar nəticəsində yerli sakinlərin fəaliyyəti qısa müddətə iflic olub.

Mynet xəbər portalı xəbər verir ki, Manavqat və Serik şəhərlərində pis hava şəraiti insanları təəccübləndirib. Dolu qolf topu ölçüsündə yağdığı üçün sürücülər yeraltı dayanacaqlarda və ya yanacaqdoldurma məntəqələrinin çardaqlarının altında gizlənməli olublar. Dolu ilə yanaşı, şəhərlərə güclü qar yağıb, nəticədə yollarda tıxaclar yaranıb.

Qeyd edək ki, Keçən həftə Antalyanın bir neçə şəhəri güclü leysan yağışlarına məruz qalıb, bəzi ərazilərdə dağlardan sel sürüşməsinə səbəb olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN