Şuşada şaxtalı vahalar hökm sürür...

Lakin buna baxmayaraq mübariz ekofəallara nəinki şaxta, heç Rusiya Sülhməramlıların üzə dirənməsi də təsir etmir. Tezadlar.az Şuşa Bülbül Ev Muzeyinin direktoru Fəxrəddin Hacıbəyliyə istinadla bildirir ki, ekofəalların mübarizliyindən artıq dünya mediası da yazır: "Artıq 51 gündür ki, yorulmadan davam edən mübarizliyinə görə bu gənclərə minnətdarıq. Havanın soyuq olması onların əzmini, əksinə, daha müqavimətli edib. Bu hamını sevindirir, qürurlandırır...".

Xatırladaq ki, 2022-ci il dekabrın 12-dən başlayan aksiya davam edir. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu heç bir insident baş verməyib. Həmişə olduğu kimi, etirazçılar bu səhəri Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa ediblər. Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər. Ən vacibi, ermənilərin bir müddət əvvəlki hay-küyünə baxmayaraq, yol humanitar yükdaşımalar üçün açıqdır. Lakin erməni terrorçu və təxribatçılar üçün həmişəlik bağlıdır.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN