Tbilisi şəhər Məhkəməsinin Saakaşvili barədə çıxardığı son qərarı bölgələrdə ictimai narazılıqla qarşılanıb...

İş o yerdədir ki, ölkə prezidenti xanım Salome də bu qərarı sərt tənqid etdi. Beləliklə, Kobuleti və Samtrediya şəhərlərində sabiq prezident Mixeil Saakaşviliyə dəstək aksiyaları keçirilib. Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, etiraz aksiyası "Mişaya azadlıq" devizi ilə baş tutub. Aksiya keçirilən ərazilərə polis qüvvələri cəlb edilib. Etirazçıların sözlərinə görə, sabiq prezident müalicə üçün təcili şəkildə xaricə köçürülməlidir. Onlar aksiyaların digər şəhərlərdə də keçiriləcəyini bəyan ediblər.

Ölkə mediasının yazdığına görə, aksiyaların təşkilat komitəsi bu dəstək aksiyalarının tezliklə bütün ölkə boyu olacağını bildirib...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN