Zəlzələ Türkiyədın əl çəkmir, yenidən fəallaşıb...

Tezadlar.az Haber-Türk-ə istinadla bildirir ki, Türkiyənin Hatay şəhərinin Arsuz rayonundan 5,64 km məsafədə Aralıq dənizində 5,1 maqnitudalı zəlzələ olub. Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bu barədə rəsmi məlumat yayıb. Məlumatda qeyd edilir ki, yeraltı təkanların ocağı 9,26 km dərinlikdə olub. Təbiət hadisəsi saat 23:47-də qeydə alınıb. Bu zəlzələ nəticəsində öncəki güclü yeraltı təkanlardan zərər çəkmiş bir neçə bina çöküb. Digər bir məlumata görə, təbiət hadisəsi Türkiyə ilə yanaşı Suriya və Livanda da hiss edilib.

Türkiyə həqiqətən də tarixin daha bir təbiət hadisəsinin imtahanı qarşısındadır. Alimlər və sahə mütəxəssisləri tezliklə bu yeraltı təkanlara son veriləcəyini bildirsələr də, insanlar həyəcan içindədir.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN