Pakistanın başqa ölkələr vasitəsilə Ukraynaya silah tədarük etməsi ilə bağlı xəbərlər həqiqətə uyğun deyil.
Tezadlar.az xəbər verir ki, bu barədə brifinqdə Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zəhra Bəluç bildirib.
"Pakistan hərbi münaqişələrə qarışmamaq siyasətinə sadiqdir. Pakistanın Ukraynaya sursat tədarükü ilə bağlı xəbərlər həqiqətə uyğun deyil", - "The News International" qəzeti diplomatdan sitat gətirib.
Onun sözlərinə görə, Pakistan silahları yalnız onların son istifadəsinə dair qəti zəmanət əsasında ixrac edir və üçüncü ölkələrə ötürülmür. "Və bu, Pakistanın Ukraynadakı münaqişə ilə bağlı mövqeyinə aiddir", - Bəluç bildirib.
Bundan əvvəl “The Print” qəzeti və Hindistanın bir sıra KİV-ləri Ukraynanın Pakistandan sursat alması barədə məlumat yayıb. Bu çatdırılmaların Kipr və Rumıniya üzərindən edildiyi iddia edilir.
E.ŞİRİNOV