Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya gəlib.

Tezadlar.az xəbər verir ki, Belarus prezidentinin mətbuat xidməti Lukaşenkonun təyyarənin enişində qarşılandığı fotonu dərc edib.

Xatırladaq ki, bu gün, fevralın 17-də Putin və Lukaşenko Rusiya liderinin Novo-Oqaryovodakı iqamətgahında görüşəcəklər. Kremlin məlumatına görə, prezidentlərin ətraflı söhbəti olacaq. Söhbətin başlanğıcı jurnalistlərə göstəriləcək.

Lukaşenko bildirib ki, fevralın 17-də Vladimir Putinlə danışıqlarda təhlükəsizlik və müdafiə məsələlərini, o cümlədən Moskva və Minskin iqtisadi sahədə tapşırıqlarını yerinə yetirməsini müzakirə edəcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN