Türkiyenin Adıyaman vilayətinin Balıkburnu kəndində 8 nəfərin ölümü ilə nəticələnən zəlzələnin gücü əkin sahələrinin yüksəlməsinə səbəb olub.

TEZADLAR.AZ TRT-yə istinadən xəbər verir ki, fevralın 6-da baş verən və "əsrin fəlakəti" olaraq xarakterizə edilən episentri Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündəki zəlzələlərin təsiri ilə Adıyamanın Balıkburnu kəndində əkin sahələri təxminən 3 metr qalxıb.

Zəlzələ, qarın yağması, dağlardan daşların sürüşməsi səbəbindən bir müddət kəndlərə nəqliyyatda problemlər yaranıb.

Çatlayan yollar, dağınlan körpülər təmir olunduqdan sonra kəndə gediş-gəliş problemi də həll olunub.

Əkin sahələri kimi asfalt yolun bir hissəsi də yüksəldilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN