Almaniyanın xarici işlər naziri Annalena Burbok Ukraynanın ərazi güzəştlərinə qarşı çıxıb.
Tezadlar.az xəbər verir ki, o, bu barədə Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.
"İşğal olunmuş rayonların geri qaytarılması, Ukraynanın təslim edilməsi ilə bağlı bütün tələblər bu müharibənin təşviqi demək olardı. Biz bunu etməyəcəyik", - siyasətçi deyib.
Bundan əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius ölkənin ictimai xadimlərinin Ukraynaya silah tədarükünü dayandırmaq və münaqişənin diplomatik yolla həllinə diqqət yetirmək tələbi ilə irəli sürülən təşəbbüsü şərh edib. O, bunu "kifayət qədər sadəlövh" adlandırıb, çünki onun fikrincə, təşəbbüs Rusiyaya istədiyini etmək üçün işarə verir.
Fevralın əvvəlində Ukrayna hakimiyyəti Berlinin "Leopard 1" və "Leopard 2" tanklarının təhvil verilməsində kömək etmək istəməməsindən şikayətlənib. Ukrayna lideri Vladimir Zelenski Kiyevə hərbi dəstəyi müzakirə etməyin onun üçün emosional baxımdan çətin olduğunu etiraf edib.
E.ŞİRİNOV