Britaniya baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Tim Barrou Kiyevə silah göndərilməsini sürətləndirməyə çağırıb.

Tezadlar.az bu barədə The Times-a istinadən xəbər verir.

“Biz dəstəyimizi sürətləndirməliyik. Ukrayna özü müdafiə vasitələrinə malik olmalıdır və döyüş meydanında uğur qazana bilməlidir”, - o, Milli Təhlükəsizlik Strategiyası üzrə Birgə Komitədə çıxışı zamanı deyib.

Barrou bildirib ki, Britaniya hakimiyyəti öz silah ehtiyatlarının tükənməsinə baxmayaraq, Ukraynanı uzaqmənzilli silahlar və dəqiq idarə olunan hərbi sursatlarla təmin etmək imkanını nəzərdən keçirir.

Bundan əvvəl Böyük Britaniyanın baş naziri Rişi Sunakın “Yeddilik” (G7) qrupundakı müttəfiqlərini Kiyevi uzaqmənzilli silahlarla təchiz etməyə çağırmaq niyyəti məlum olub. O, Ukraynaya “döyüş meydanında həlledici üstünlük” verilməsinin vacibliyini vurğulamağı planlaşdırır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN