Ukrayna artıq Portuqaliyadan vəd etdiyi üç “Leopard 2A6” döyüş tankını alıb

Tezadlar.az xəbər verir ki, Portuqaliya Milli Müdafiə Nazirliyinin “Twitter” hesabında verdiyi məlumata görə, tanklar artıq sərhədi keçib və Ukrayna ərazisindədir.

Portuqaliyanın hədiyyə etdiyi üç “Leopard 2A6” tankı artıq Ukraynadadır.

Müdafiə Nazirliyi həmçinin əmin edib ki, Portuqaliya “Rusiyanın qanunsuz işğalına qarşı Ukrayna müqavimətini” dəstəkləməyə davam edəcək.

“Leopard”lar artıq Ukraynadadır

Fevralın 14-də Rusiya Federasiyası ilə qarşıdurmada Ukraynaya kömək etmək üçün Ramşteyn formatında yeni görüş keçirilib. Görüşdən sonra ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib ki, Kiyevə “Leopard” tanklarının verilməsində səkkiz dövlət əməkdaşlıq edir: Almaniya, Polşa, Portuqaliya, Kanada, İspaniya, Danimarka, Hollandiya və Norveç.

Martın 27-də Der Spiegel 18 alman tankının artıq Ukraynada olduğunu bildirsə də, bu məlumatın rəsmi təsdiqi yoxdur. Bu gün ölkənin müdafiə naziri tankların artıq Ukraynada olduğunu təsdiqləyib. Tədarüklər tank koalisiyasının digər ölkələrindən də gözlənilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN