Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, NATO ölkələri anti-Rusiya kursunu gücləndirirlər və bu, Ukraynada münaqişənin kəskinləşməsinə gətirib çıxarır.

"Şimali Atlantika bloku anti-Rusiya kursunu gücləndirir ki, bu da münaqişənin kəskinləşməsinə gətirib çıxarır. ABŞ və müttəfiqləri Ukraynaya hərbi yardımı artırırlar. Bildirilir ki, təkcə bu il onlar Qərb istehsalı olan 200 tank, 400-dən çox müasir zirehli döyüş maşını tədarük etməyə hazırdırlar”, - müdafiə naziri bildirib.

O əlavə edib ki, Ukrayna ordusunu təchiz etmək üçün uzaqmənzilli silahlar, o cümlədən 150 km-ə qədər artırılan raketlər də verilir.

Şoyqu həmçinin qeyd edib ki, Qərb 300 kilometrə qədər buraxılış məsafəsinə malik ATACMS raketlərini, həmçinin F-16 qırıcılarını Kiyevə ötürmək imkanını nəzərdən keçirir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN