Fransa nüvə silahının sahibi olan ölkələrin hüdudlarından kənarda yayılmasının əleyhinədir və Ukraynadakı hazırkı münaqişədə onlardan istifadənin mümkünlüyünü istisna etməyi vacib hesab edir.

Tezadlar.az xəbər verir ki, bunu cümə axşamı Fransa prezidenti Emmanuel Makron Pekində Çin prezidenti Si Cinpinlə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

"Fransa ÇXR-in nüvə silahının bu münaqişədən xaric edilməsi arzusunu bölüşür. Bu, bu sahədə beynəlxalq müqavilələrə əməl olunmasını nəzərdə tutur. Həmçinin, heç bir halda nüvə silahı onlara sahib olan ölkələrin hüdudlarından kənarda, xüsusən də Avropada yerləşdirilməməlidir", - o deyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN