Amerika rəsmiləri Koreya yarımadasındakı münaqişədən nümunə götürərək Ukrayna böhranını uzun illər, hətta onilliklər davam edəcək dondurulmuş münaqişəyə çevirməyə hazırlaşır.

Tezadlar.az xəbər verir ki, bu barədə “Politico” adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən yazır.

Onların sözlərinə görə, ABŞ prezidenti Co Bayden administrasiyasında münaqişənin uzunmüddətli dondurulması ssenariləri, o cümlədən “Ukrayna və Rusiyanın keçməməyə razılaşacağı, lakin rəsmi sərhədlərə çevrilməyəcək potensial sərhədlərin yaradılması müzakirə olunur".

“Politico” vurğulayır ki, müzakirələr - ilkin də olsa - ABŞ-ın müxtəlif agentliklərində və Ağ Evdə aparılıb.

“Politico” bildirir ki, bu ssenari uzunmüddətli perspektivdə ən real ola bilər və ABŞ administrasiyasında Ukraynanın qarşıdan gələn hücumunun uğur qazanmayacağına dair artan hisslər fonunda getdikcə daha çox ehtimal olunur.

Nəşrin yazdığına görə, hərbi əməliyyatların dayandırıldığı, lakin tərəflərdən heç birinin qalib elan olunmadığı və sülh sazişinin bağlanmadığı dondurulmuş münaqişə ABŞ və Ukraynanı dəstəkləyən digər ölkələr üçün uzunmüddətli siyasi baxımdan məqbul nəticə ola bilər.

Belə bir ssenarinin həyata keçirilməsi hərbi toqquşmaların sayının azalması, Kiyevə dəstək xərclərinin aşağı düşməsi, ictimaiyyətin münaqişəyə diqqətinin zəifləməsi demək olardı.

ABŞ rəsmisi “Politico”ya bildirib ki, son aylarda əsas diqqət təcili və qısamüddətli vəzifələrə yönəldilsə də, hazırda münaqişənin dondurulması variantlarının planlaşdırılması Ağ Evin diqqət mərkəzindədir.

Müzakirələr ilkin mərhələdədir, ABŞ rəsmiləri münaqişənin kifayət qədər uzun müddət qızğın qalacağını, Bayden administrasiyasının Ukraynaya daha çox silah və dəstək verməyə qərarlı olduğunu vurğulayır.

Lakin hətta münaqişənin dondurulmasının planlaşdırılması təklifi də Ukrayna liderlərinin ABŞ-ın sarsılmaz dəstəyinə inamını sarsıda bilər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN