Bianet yazır ki, Türkiyə vətəndaşlarının əksəriyyəti üç gün sonra - mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləməyə hazırlaşır.
Kondanın sorğusuna əsasən, respondentlərin 52,7%-i Türkiyə liderinin lehinə olub.
Qeyd edildiyi kimi, dövlət başçısının rəqibi, müxalifətin altıpartiyalı alyansının namizədi Kamal Kılıçdaroğlu respondentlərin cəmi 47,3%-nin dəstəyini qazanıb. Eyni zamanda, Konda seçkilərdən dərhal əvvəl bəzi seçicilərin rəyinin dəyişəcəyini istisna etmir, çünki Türkiyə prezident üsul-idarəsinin tətbiqindən sonra ilk dəfə səsvermənin ikinci turu ilə üz-üzədir.
Daha əvvəl Türkiyənin kürd tərəfdarı olan Xalqların Demokratik Partiyası (XDP) və Yaşıl Sol Partiyasının (YSP) “Ərdoğanı devirmək” üçün Kılıçdaroğluna səs verməyə çağırdığı bildirilirdi.
“Hazırda ortaya çıxan sosial problemlərin səbəbi Ərdoğan və ortaqlarının yaratdığı rejimdir”, - deyə XDP bəyan edib.
E.ŞİRİNOV