Güclü yağış Göygöl rayonunda da ciddi fəsadlar törədib, faciələrə səbəb olub...

Artıq xəbər verilmişdi ki, sel iki nəfəri də aparıb, həmin  2 nəfərin meyiti tapılıb. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun verdiyi məlumata görə,  Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun axtarışları davam etdirilir. O, bildirib ki, səhər saatlarında Gəncə çayının Gəncə şəhərindən keçən hissəsində hər 2 şəxsin meyitinin tapılması barədə Gəncə Şəhər Baş Polis İdarəsinə və Göygöl Rayon Polis Şöbəsinə məlumat daxil olub: "Dərhal polis əməkdaşları hadisə yerinə gələrək hər iki şəxsin meyitini çıxaraq müvafiq ekspertizaya təqdim edilib. Araşdırmalar davam etdirilir".

 Onu da deyək ki, Daşkəsən rayon İcra Hakimiyyətindən "Təzadlar"a bildirilib ki, rayonda da güclü dolu və yağış ciddi ziyanlara səbəb olub. Xoşbəxtlikdən insan və ya heyvan təlafatı olmayıb...

ELŞAD QULİYEV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN