Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski andiçmə mərasimindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana baş çəkəcək.
Tezadlar.az bildirir ki, bu barədə “Hürriyet” qəzetinin müxbiri Hande Fırat öz mənbələrinə istinadən xəbər verir.
Onun sözlərinə görə, bir çox xarici dövlət başçıları iyunun 3-də keçiriləcək andiçmə mərasimində iştirak edəcəkləri barədə məlumatı təsdiqləyiblər.
Fırat Putinin Türkiyəyə “ayrı və xüsusi” səfər edəcəyini, daha sonra isə Zelenskinin Ərdoğanla görüşə gələcəyini vurğulayıb.
Jurnalist bildirib ki, bu görüşlərdə Ərdoğan Rusiya və Ukraynadan olan həmkarları ilə münaqişənin gedişatı və taxıl dəhlizini müzakirə edəcək.
Mənbə Ərdoğanın andiçmə mərasiminin tarixini açıqlayıb
Mart ayında Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Çağri Erhan bildirib ki, Ərdoğan Putin və Zelenski arasında görüş təşkil etməyi planlaşdırır.
Erhan vurğulayıb ki, Ankaranın missiyası Putin və Zelenskinin “ən azı bir dəfə görüşməsi və xarici müdaxilə olmadan birbaşa danışmasıdır”.
E.ŞİRİNOV