Minlərlə serb Kosovonun şimalındakı Zvecan və Leposaviç bələdiyyələri qarşısında etiraz aksiyası keçirib.
Tezadlar.az xəbər verir ki, bu barədə Kosovo onlayn portalı məlumat yayıb.
Qeyd olunur ki, toplaşan vətəndaşlar 250 metr uzunluğunda Serbiya bayrağını açıblar.
“Bələdiyyənin nümayəndəlik orqanının keçmiş rəhbəri Zvecan Srdjan Milosavljeviç bayraq açılan zaman vətəndaşları bir daha dinc etiraza çağırıb”, - məlumatda deyilir.
Eyni zamanda, etirazçılar Kosovo polisinin xüsusi təyinatlı qüvvələrinin Kosovonun şimalından və Metoxiyadan çıxarılması tələblərini təkrarlayıblar.
Bundan əvvəl serblər Belqradda Kosovoya dəstək əleyhinə nümayiş keçirmişdilər.
Həmçinin, Serbiya Müdafiə Nazirliyi Kosovonun şimalını işğal etmək cəhdini açıqlayıb.
E.ŞİRİNOV