Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri birinci ölkənin ərazisində ritual xidmətlərin qiyməti 30%-dən 50%-ə yüksəlib.
“Rossiyskaya qazeta” “Rosstat”-ın məlumatlarına istinadən xəbər verir ki, kremasiyanın (Meyitlərin xüsusi sobalarda yandırılması; dəfn növlərindən biri) orta qiyməti 36% - 21-dən 28,7 min rubla qədər artıb. Qəbir qazmaq 13% (8765 rubl) bahalaşıb, tabutun qiyməti isə 52% (6729 rubl) bahalaşıb.
1 saylı Dəfn evinin baş direktoru Yelena Elsəliyeva qeyd edib ki, metal və taxtanın qiymətinin 2,5 dəfə artması ilə əlaqədar xaç, hasar və tabutlar bahalaşıb. O, həmçinin aydınlaşdırıb ki, müharibədən əvvəl şirkət Ukraynada xammal alıb, lakin yeni təchizatçılar axtarmalı olub.
Bundan əlavə, Çindən xammalın tədarükü çətinləşib və buna görə də istehsalçılar Kareliyada məzar daşlarını daha tez-tez sifariş etməyə başlayıblar.
Materialda deyilib ki, ruslar vəfat etmiş qohumlarının dəfninə qənaət etməyə və ən ucuz tabutları almağa üstünlük verirlər.
E.ŞİRİNOV