Ötən günlərdə Ukrayna ordusunun Donetsk istiqaməyində hücuma keçməsinin ardından Ukraynada Kaxovka su elektrik stansiyasının (SES) bəndi Rusiya tərəfindən vurulub...

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadl abildirir ki, Xerson vilayətinin Rusiya Silahlı Qüvvələrinin nəzarət etdiyi hissəsində yerləşən SES-in kim tərəfindən vurulduğu və ya partladıldığı dəqiq bəlli deyil. Lakin bununla əlaqədar Ukraynanın "Cənub" operativ komandanlığı Rusiyanın SES-i partlatdığını açıqlayıb, "Novaya Kaxovka" şəhərinin qondarma meri Vladimir Leontiyev isə görüntülərə rəğmən məlumatı ümumiyyətlə təkzib edib: "Şəhərdə sakitlikdir".

Ukrayna Müdafiə Nazirliyi isə məlumat yayıb ki, Kaxovka su elektrik stansiyası Ukraynanın cənubundakı bəzi rayonların enerji təchizatı, suvarma və su təchizatını, eləcə də Xersondan Zaporojyeyə naviqasiya üçün Dnepr axınının illik tənzimlənməsini təmin edirdi. 2022-ci ilin fevralında Şimali Krım kanalı ilə birlikdə işğal olunub. Ərazilər hələ də Rusiyanın nəzarətindədir...

Müharibə isə dağıntıları ilə davam edir. İki ölkə arasında isə münasibətlər daha da gərginləşməkdədir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN