Məlum olduğu kimi, Ukraynanın cənubundakı Xerson vilayətində rusların nəzarətində olan
Kaxovka bəndi və su elektrik stansiyasının iyunun 6-da bombalandığı açıqlanmışdı. Daşqın səbəbindən bölgənin böyük ekoloji fəlakətlə üzləşdiyi bildirilmişdi. Ukrayna və Rusiya bəndin vurulmasına görə bir-birini günahlandıran bəyanatlar yayıb.
Bu gün isə Odessa meriyası bildirib ki, Kaxovka SES-in zədələnməsi və bəndin dağıdılması ilə əlaqədar Kaxovka su anbarından su sızır. Nəticədə çirkləndiricilərin Qara dənizə daxil olması və akvatoriyanı tıxaması ehtimalı var. Odessa çimərliklərində isə daha da təhlükəli olub.
Ukrayna KİV-nin əlumatına görə, Qara dənizdə, Odessa vilayətində bu gün, iyunun 8-də külli miqdarda zibil var ki, bu, yəqin ki, Kaxovka bəndinin partlaması nəticəsində yaranıb.
Yerli sakinlərin sözlərinə görə, onlar Yujnı şəhəri yaxınlığında ağac parçaları, “üzən qamış adaları” və məişət zibilləri görüblər.
Ekoloq Vladislav Balinskinin sözlərinə görə, bunlar, Kaxovskaya su elektrik stansiyasındakı terror aktının nəticələridir.
Onun fikrincə, bu həm də kimyəvi və bakterial çirklənmənin yayılmasının bir növ göstəricisidir - axıntılar daşqın zonasından gəlir.
"Bu palçıq Odessaya doğru irəliləyir, ondan sonra Rumıniya, Bolqarıstan və Türkiyəyə çatacaq", - ekoloq qeyd edib.
Həmçini qeyd edilir ki, Kaxovskaya su elektrik stansiyasının partlaması nəticəsində Dnepr çayına da çoxlu mühərrik yağı daxil olub.
Eyni zamanda, Cənub-Qərb vilayətinin Dövlət ekologiya müfəttişliyi də əmin edir ki, suyun vəziyyəti ilə bağlı mütəmadi olaraq laboratoriya tədqiqatları aparılır.
“İyunun 6-sı və 7-də Kutsurub kəndi ilə Oçakov şəhərinin sərhəddindəki Dnepr-Buq mənsəbinin sularında və Nikolayevin Namıv mikrorayonunda Buq mənsəbinin sularından su nümunələri götürülüb. Nümunə götürmə vaxtı müəyyən edilmiş maksimum icazə verilən normalardan kənara çıxma yoxdur "- deyilib.
JASMİN