Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib ki, Rusiya qoşunları Dnepropetrovsk vilayətində Ukrayna Silahlı Qüvvələrinin (USQ) S-300 zenit-raket kompleksinin (ZRK) radar stansiyasını məhv edib.
Tezadlar.az xəbər verir ki, 0, "Dnepropetrovsk vilayətinin Qay kəndi ərazisində S-300 zenit-raket kompleksinin radar stansiyası məhv edilib", - deyə xüsusi əməliyyatın gedişi barədə deyib.
Bundan başqa, Xarkov vilayətinin Qlubokoye kəndi yaxınlığında Ukrayna qoşunlarının 60-cı mexanikləşdirilmiş briqadasının sursat anbarı məhv edilib.
Daha əvvəl “Biz Rusiya ilə birlikdəyik” ictimai hərəkatının rəhbəri Vladimir Roqov demişdi ki, Ukrayna Silahlı Qüvvələrinin Zaporojye istiqamətinə yönəlmiş ümumi qruplaşması 100 mindən çox döyüşçüdən ibarətdir. Onun sözlərinə görə, Ukrayna ordusunun əsas ehtiyatı Zaporojye və Dnepropetrovsk vilayətlərinin Kiyevin nəzarətində olan hissəsində bölünüb.
Xatırladaq ki, 2022-ci il fevralın 24-də Donbassda xüsusi hərbi əməliyyatın başlanması elan edilib. Beləliklə, Rusiya DXR və LXR rəhbərlərinin hərbi yardım tələblərinə cavab verib.
E.ŞİRİNOV