Aİ-nin daimi nümayəndələri Rusiyaya qarşı 11-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.

Tezadlar.az xəbər verir ki, bu barədə İsveçin Aİ Şurasına sədrliyi sosial şəbəkədəki səhifəsində məlumat yayıb.

"Bu gün Aİ-nin səfirləri Rusiyaya qarşı 11-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. Paketə sanksiyaların və fərdi siyahıların yayındırılmasına qarşı yönəlmiş tədbirlər daxildir", - hesabatda deyilir.

Xatırladaq ki, fevralın 25-də Avropa İttifaqı Rusiyaya qarşı onuncu sanksiya paketini dərc edib. Növbəti paketə yeni iqtisadi məhdudiyyətlər bloku, həmçinin 120-dən çox şəxs və təşkilata qarşı şəxsi sanksiyalar daxildir. Məhdudiyyətlərə, xüsusən də “Alfa-Bank”, “Rosbank” və “Tinkoff Bank”, eləcə də “Milli Rifah Fondu” daxildir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN