“360”-nın məlumatına görə, ABŞ Ədliyyə Nazirliyinə istinadən “Associated Press” keçmiş Amerika lideri Donald Tramp və oğlu Barronu elektron məktublar vasitəsilə öldürməklə hədələdiyi iddia edilən Çikaqo sakininin həbsindən xəbər verib.
Nazirlik həmin şəxsin 41 yaşlı amerikalı Tracey Marie Fiorenza olduğunu bildirib. Bu ilin may ayında o, ilk fürsətdə ABŞ-ın eks-prezidenti, eləcə də oğlunun "üzünə atəş açacağına" söz verdiyi e-poçt mesajı göndərib.
Məktub Trampın iqamətgahı olduğu Palm-Biçdəki təhsil müəssisələrindən birinin rəhbərinə göndərilib. Növbəti ay isə təhdid təkrarlanıb.
Artıq idarənin nümayəndələri şübhəli şəxslə bağlı sorğu keçirib. Hazırda işə məhkəmədə baxılır.
Daha əvvəl Tramp ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından olan namizədlərin debatlarında iştirak etməyi niyə məqsədəuyğun görmədiyini izah edib.
E.ŞİRİNOV