“Ana Ermənistan” müxalifət blokunun lideri Andranik Tevanyan həbsdən azad edilib.

Bu barədə “Sputnik Ermənistan” yazır.

O, sentyabrın 22-də səhər saatlarında etiraz aksiyasında saxlanılıb, sonra isə İstintaq Komitəsinə aparılıb. Tevanyanın agentliyə verdiyi məlumata görə, o, heç bir tələb təqdim edilmədən saxlanılıb.

"Məni səhər saatlarında heç bir konkret tələb irəli sürmədən qanunsuz saxladılar. Sonra məlum oldu ki, məni yalan məlumat əsasında saxlayıblar - guya mən polisin qanuni tələblərini yerinə yetirməmişəm", - Tevanyan bildirib.

Vəkilin sözlərinə görə, Tevanyan kütləvi iğtişaşlarla bağlı iş üzrə şahid qismində dindirilib.

Qeyd edək ki, sentyabrın 19-dan İrəvanda etirazlar səngimir. Etirazçılar Paşinyanı Qarabağda keçirilən antiterror tədbirlərinə müdaxilə etməyə çağırıb və polislə toqquşma baş verib.

Sentyabrın 22-də səhər İrəvanda Nazirlər Kabinetinin binası yaxınlığında etiraz aksiyası keçirən şəxslərin bir qismi həmin vaxt Tevanyanın olduğu İstintaq Komitəsinə gedib.

Daha əvvəl aksiyada 84 nəfərin saxlanıldığı bildirilirdi. Nümayişçilər şəhərin mərkəzindəki Respublika meydanında nəqliyyatın hərəkətini tamamilə bağlayıblar.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN