Ukrayna lideri Vladimir Zelenskinin Vaşinqtona səfərindən sonra ABŞ prezidenti Co Baydenlə birgə keçirdiyi mətbuat konfransı qalmaqalla yekunlaşıb.

Bu barədə “Moskovski Komsomolets” yazır.

Nəşrin məlumatına görə, Zelenski və Bayden jurnalistlərin suallarını cavablandırmayıblar. Öz növbəsində, media nümayəndələri bir-birinin üstünə qışqırmağa, suallarına cavab almağa çalışıblar.

Eyni zamanda, “MK” qeyd edib ki, siyasətçilər jurnalistlərə heç bir reaksiya verməyib, sadəcə olaraq, susub oturublar.

Bundan əvvəl Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Ermak Telegram kanalında Vladimir Zelenski ilə amerikalı həmkarı Co Bayden arasında görüşün məhsuldar keçdiyini bildirib.

“The New York Times” yazıb ki, Zelenskinin Vaşinqtonda Baydenlə görüşü zamanı Ukrayna lideri Kiyevə yeni ATACMS raketlərinin verilməsini istəyib, həmçinin hava şəraitinə baxmayaraq, Ukrayna əks-hücumunun payız və qış aylarında davam edəcəyinə söz verib.

Bundan əvvəl Dövlət Duması Zelenskinin Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasındakı çıxışını biabırçılıq adlandırmışdı.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN